Elektrik hesablamalarınızı asanlaşdırmaq üçün faydalı kalkulyatorlar
Elektrik cərəyanını hesablamaq üçün güc (Vatt) və gərginlik (Volt) dəyərlərindən istifadə edilir.
Birfazalı sistemlər üçün (220V): Amper (A) = Vatt (W) / Volt (V)
Üçfazalı sistemlər üçün (380V): Amper (A) = Vatt (W) / (√3 × Volt (V))
Nümunə: 2200 Vt gücündə bir cihaz üçün:
A = 2200W / 220V = 10A
Müxtəlif cərəyan gücləri üçün lazım olan kabel ölçüləri (kəsik sahəsi).
Cərəyan (A) | Mis Kabel Kəsiyi (mm²) | Alüminium Kabel Kəsiyi (mm²) |
---|---|---|
10 A | 1.5 mm² | 2.5 mm² |
16 A | 2.5 mm² | 4 mm² |
25 A | 4 mm² | 6 mm² |
32 A | 6 mm² | 10 mm² |
40 A | 10 mm² | 16 mm² |
50 A | 16 mm² | 25 mm² |
63 A | 25 mm² | 35 mm² |
80 A | 35 mm² | 50 mm² |
100 A | 50 mm² | 70 mm² |
Elektrik enerjisi istehlakını hesablamaq üçün cihazın gücü və istifadə müddətindən istifadə edilir.
Formul: Enerji (kVt-saat) = Güc (Vt) × İstifadə müddəti (saat) / 1000
Nümunə: 1000 Vt gücündə bir cihazı gündə 3 saat ayda 20 gün istifadə etdikdə:
Enerji = 1000W × 3 saat × 20 gün / 1000 = 60 kVt-saat
Azərbaycan Tarif (qiymət) Şurasının 2 yanvar 2025-ci il tarixli qərarına əsasən, elektrik enerjisinin qiymətləri:
Nümunə: Aylıq istehlak 350 kVt-saatdırsa:
Fərqli lampa növləri üçün güc (Vatt) və işıq axını (Lümen) arasında əlaqə təxminən belədir:
Nümunə: 800 lümen işıq əldə etmək üçün: